“Bu dəfə Ronaldo və Messidən daha çox qol vura bilərəm”
18.08.2012 - 23:01
“Bu dəfə Ronaldo və Messidən daha çox qol vura bilərəm”
"Atletiko"nun hücumçusu Radamel Falkao yeni mövsüm öncəsi iddialı danışıb. Apasport.az-ın xəbərinə görə, La Liqanın rəsmi saytına müsahibə verən kolumbiyalı futbolçu yeni mövsümdə Ronaldo və Messidən daha çox qol vuracağını söyləyib.

"Yeni mövsümdə əsas hədəfim daha yaxşı çıxış etmək və çoxlu qol vurmaqdı. Bu dəfə Ronaldo və Messidən daha çox qol vura bilərəm. Ancaq mənim üçün əsas olan komandamın uğur qazanmasıdı. Azarkeşlərimizi qələbələr və yeni uğurlarla sevindirməyə çalışacağıq. Komanda artıq oturuşmuş heyətə malikdi ki, bu da bizim yaxşı çıxış etməyimizə şərait yaradacaq" - deyə, Falkao bildirib.

Qeyd edək ki, Falkao ötən mövsüm "Atletiko"nun heyətində 24 qola imza atmışdı.