“Fənərbaxça” Qomisi alır?
18.08.2012 - 23:05
“Fənərbaxça” Qomisi alır?
"Yuventus"dan Miloş Krasiçi transfer edən "Fənərbaxça" daha bir hücumçu almaqda israrlıdı. Apasport.az saytının xəbərinə görə, İstanbul klubu Lion "Olimpik"inin hücumçusu Bafetimbi Qomisi transfer etmək niyyətindədi.

"Fənərbaxça"nın baş məşqçisi Aykut Kocaman yeni mövsümdən Qomisi komandasında görmək istəyir. Lion klubu rəhbərliyinin 27 yaşlı futbolçunu digər komandalara sata biləcəklərini açıqlaması da "Fənərbaxça"nı hərəkətə keçirib. İstanbul təmsilçisi fransız futbolçunun transferi üçün "Olimpik"ə 9 milyon avro təklif edib.

Qeyd edək ki, 2009-cu ildən Lionda çıxış edən Qomis keçirdiyi 107 oyunda 34 qola imza atıb.