Yenə “Liverpul” variantı
18.08.2012 - 23:06
Yenə “Liverpul” variantı
"Real"ın türkiyəli futbolçusu Nuri Şahinin yeni mövsümdən İngiltərə Premyer Liqasında çıxış edəcəyi iddia olunur. Apasport.az saytının xəbərinə görə, "Liverpul" Nurinin transferində olduqca israrlıdı.

Liverpul təmsilçisinin baş məşqçisi Brendan Rocers 23 yaşlı futbolçunu komandasında görmək istəyir. "Liverpul" rəhbərliyinin Nurinin keçidi ilə bağlı Madridə gedəcəyi gözlənilir. Tərəflər arasında razılıq əldə olunarsa, Şahin yeni mövsümdən "Liverpul"un formasını geyinəcək.
Qeyd edək ki, Nuri ilə "Milan" və "Arsenal" klubları da yaxından maraqlanır.