“Qarşılaşmanın 0:0 davam etməsi gərginliyi daha da artırdı”
18.08.2012 - 22:38
“Qarşılaşmanın 0:0 davam etməsi gərginliyi daha da artırdı”
“Turan”la oyunlarımız həmişə çətin keçir. Bu gün də oyun gərgin keçdi”. Apasport.az-ın məlumatına görə, bu sözləri bu gün Azərbaycan Premyer Liqasının III turunda evdə “Turan”ı 3:0 hesabıyla məğlub edən Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze deyib.

Gürcü mütəxəssis ikinci hissədə etdikləri dəyişikliklərin faydalı olduğunu vurğulayıb: “Qarşılaşmanın 0:0 davam etməsi gərginliyi daha da artırdı. İlk hissədə qol epizodlarımız çox olsa da, yararlana bilmədik. İkinci hissədə dəyişiklik etdikdən sonra qollar vurduq və qalib gəldik”.