Mahmud Qurbanov “Kəpəz” klubunun baş məşqçisi oldu
19.08.2012 - 19:20
“Kəpəz”in baş məşqçisi bəlli olub. Klubun mətbuat xidmətindən apasport.az saytına məlumata görə, bundan sonra “Kəpəz”i Premyer Liqa yarışlarına Gəncənin yetirməsi olan, bir qədər bundan əvvəl “Tərəqqi” klubuna baş məşqçi təyin olunmuş Mahmud Qurbanov hazırlayacaq.
Təyinatdan dərhal sonra "Kəpəz"in prezidenti Elmir Əliyev, Mahmud Qurbanov və Fuad İsmayılov birlikdə görüşərək ümumi məsələləri müzakirə ediblər. İsmayılov gənc və perspektivli Qurbanova gələcək fəaliyyətində uğurlar arzulayıb.
Elmir Əliyev bildirib ki, ki, Mahmud Qurbanovun ona göstərilən etimadı doğrultacağına ümidvardır.
“Mən Fuad müəllimə uğurlar arzulayıram. O çox təcrübəli bir məşqçidir. Lakin bu futboldur və belə şeylər olur. İnanıram ki, İsmayılov bundan sonra da Gəncə futboluna xidmət göstərəcək. Mahmud Qurbanova gəlincə, o, Azərbaycanın ən təcrübəli və güclü futbolçularından olub. Gənc və perspektivlidir. İnanıram ki, onun komandaya baş məşqçi təyin olunması kluba yeni abu hava gətirəcək” deyə Elmir Əliyev bildirib.

0
0