Kaxaber Sxadadze: Belə oynasaq...
19.08.2012 - 22:24
Gürcüstanlı çalışdırıcı Premyer liqanın III turunda “Xəzər Ləbkəran”la ev oyunundan sonra keçirilən mətbuat konfransında bildirib ki, futbolçulara hansısa iradı yoxdur: “Komandamız daha üstün oynasa da, qalib gələ bilmədik. Uğuru özümüz qazanmalıyıq. Yaxşı oynamağımız müsbət cəhətdir. Futbolçular son zərbə üzərində çalışmalıdır. Bu cür oynamağa davam etsək uğur əldə edəcəyik”.
0
0