“Kaka “Qalatasaray”a çox yaraşır”
19.08.2012 - 23:01
“Qalatasaray”ın prezidenti Ünal Aysal Madrid “Real”ının yarımmüdafiəçisi Kakanın komandasına transfer olunacağı barədə yayılan xəbərlərə münasibət bildirib.
Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, Aysal braziliyalı futbolçunu bəyəndiyini və onun “Qalatasaray”a yaraşdığını bildirib: “Dəqiq bilirəm ki, Kaka “Qalatasaray”a çox yaraşır. Çox yaxşı futbolçudur və onu komandamızda görmək istəyirik. Amma belə bir futbolçunun transferi barədə tələsmək olmaz.
Kakanın Türkiyə Superliqasında oynaması tez bir zamanda həll olunası məsələ deyil. Bunun üçün aylarla vaxt lazımdı. Bu, çox çətindi”.

0
0