Sadio Tounkaranı təhqir edənlər tapıldı
19.08.2012 - 23:06
Premyer Liqanın III turunun “İnter”lə səfər oyununda “Xəzər Lənkəran”ın futbolçusu Sadio Tounkaranı təhqir edən şəxslər müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, görüşdən sonra təşkil olunan mətbuat konfransında “ağ-yaşıllar”ın çalışdırıcısı Yunis Hüseynov malili legionerin mülki geyimli şəxs tərəfindən ağır təhqirə məruz qaldığını bildirsə də, əslində, Sadionu söyənlər “İnter”in futbolçuları olub.
Belə ki, Tounkaranın ünvanına təhqiramiz sözləri işlədən “bankirlər”in legionerləri – İlya Kandelaki və Baçana Sxadadze olub.
Belə ki, Tounkaranın ünvanına təhqiramiz sözləri işlədən “bankirlər”in legionerləri – İlya Kandelaki və Baçana Sxadadze olub.
0
0