Milli komandamız Rusiya ilə heç-heçə oynadı
19.08.2012 - 23:50
Ukraynada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının xəbərinə görə. Millimiz Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın heyətində Süsən Mənsimova fərqlənib.
0
0