Rauf Mehdiyev: Hər kəs öz səhvini yaxşı bilir
24.08.2012 - 14:15
Rauf Mehdiyev: Hər kəs öz səhvini yaxşı bilir
“Hələlik real bir şey yoxdur. Yəqin ki, 3-4 gündən sonra “Turan”da oynayıb-oynamayacağım bəlli olacaq. Karyeramı davam etdirmək istəyirəm. Belə götürəndə, nə yaşım var ki, karyeramı başa vurum?! Qışa kimi gözləmək istəyirəm”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Neftçi” klubunun sabiq qapçısı Rauf Mehdiyev deyib.

Dünən keçirilən “Neftçi” - APOEL qarşılaşması haqda da danışan qolkiper bunları əlavə edib: “Kipr təmsilçisi qarşısına Bakıda qol buraxmamaq məqsədi qoymuşdu. “Neftçi” qol vursa da, hesabı qoruya bilmədi. 1:1-lik hesabdansa, 0:0-lıq nəticə yaxşı olardı”.

Oyun zamanı Saşa Stamenkoviçin buraxdığı kobud səhv haqda danışa Mehdiyev belə deyib: “Futbol səhvsiz oyun deyil. Səhvlər olmasa, qollar da olmaz. Yəqin ki, buna məşqçilər korpusu dəqiq cavab verə bilərlər. Hər kəs öz səhvini yaxşı bilir”.
Olimpiya.az