Yunis Hüseynov baş tutmayan Kislovodsk səfərindən danışdı
24.08.2012 - 14:48
“Xəzər Lənkəran”ın Kislovodsk şəhərində təlim-məşq toplanışı keçirmək planı baş tutmayıb. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Yunis Hüseynov məlumat verib.
O bildirib ki, həmin məkanda şərtlərlə razılaşmayıblar.
“Bildiyiniz kimi, komandamızın rəisi Səməd Mustafayev şəraitlə tanış olmaq üçün Rusiyaya getmişdi. Oranın havası, mehmanxanaları yaxşıdır. Rusiya Premyer Liqa təmsilçiləri orada olduğundan, yoxlama oyunları keçirməyə rəqiblər də vardı. Sadəcə, məşq vaxtları ilə bağlı problem yarandı. Belə ki, meydançaları bizə istəyimiz saatlarda vermirdilər. Rusların təklif etdiyi vaxtlar bizi qane etmədiyindən, getmək istəmədik” – deyə, Hüseynov bildirib.
Çalışdırıcı Premyer Liqadakı 3 həftəlik fasilədən ölkə daxilində yararlanacaqlarını bildirib: “Avqustun 27-də Bakıya bir araya gəlib, 3 gün orada məşq edəcəyik. Bundan sonra Lənkərana yollanıb, hazırlığımızı orada davam etdirəcəyik”.
Mehman SÜLEYMANOV

0
0