“Live Your Goals” yenə başlayır
24.08.2012 - 15:25
“Live Your Goals” yenə başlayır
AFFA tərəfindən FİFA U-17 qadınlararası dünya çempionatına həsr olunan növbəti festival keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan-2012-nin təbliğatı çərçivəsində keçiriləcək “Live Your Goals” (Öz Məqsədini Yaşat) festivalı avqsutun 29-da baş tutacaq. FIFA-nın bayrağı altında keçirilən festival Masallı Olimpiya İdman Kompleksində təşkil olunacaq. Tədbir saat 18:00-da başlayacaq.

Mənbə: affa.az