7:38
24.08.2012 - 17:53
7:38
Premyer Liqann IV turunda “Turan” – “İnter” görüşü hər 2 komanda üçün sayca 18-ci olacaq. Apasport.az-ın “bankirlər”in rəsmi saytına istinadən məlumatına görə, bunadək komandalar 17 dəfə qarşılaşıb, 16 oyun çempionat çərçivəsində keçirilib və 1 oyun isə kubok yarışlarının payına düşür.

Bu matçlarda “İnter” rəqibini 16 dəfə məğlub edib. “Turan” yalnız 1 dəfə qələbə Bakı təmsilçisindən 3 xal alıb. Maraqlıdır ki, 17 oyunun heç biri heç-heçə ilə başa çatmayıb.

Vurulan topların fərqi “İnter”in xeyrinədir - 38:7. Komandalar ilk dəfə 2004-cü ilin dekabrında çempionat çərçivəsində üz-üzə gəliblər. Zabrat qəsəbəsinin stadionuna baş tutmuş həmin görüş 4:3 hesabıyla “bankirlər”in xeyrinə başa çatıb. “İnter” və “Turan” qarşıdurmasında ilk qolun müəllifi rəqibin bolqarıstanlı futbolçusu Asen Nikolov olub və o, bu qolu penalti zərbəsindən vurub.

Xatırladaq ki, ötən mövsümdə komandalar 2 dəfə qarşılaşıblar və hər 2 oyunda “İnter” 1:0 hesabı ilə rəqibini məğlub edib. “İnter” - “Turan” oyunlarında ən populyar hesab da məhz 1:0-dır. Belə nəticə 17 görüşün 8-də qeydə alınıb. “İnter” – “Turan” qarşılaşmaların tarixində ən böyükhesablı nəticə 7:1 hesabıdır. 2006-cı ildə “İnter” tovuzluları səfərdə məhz bu hesabla udmuşdu.

Azərbaycan çempionatında “Turan”a qarşı keçirilən səfər oyunlarında “İnter” üstünlüyə malikdir. Belə ki, 8 qarşılaşmada komandamız 7 dəfə rəqibini məğlub etməyi bacarıb. 1 matçda isə tovuzlular qələbə qazanıblar. Bu qarşılaşmalarda top fərqi “İnter”in xeyrinə dir - 18:2. “Turan” – “İnter” matçı avqustun 25-də saat 18.00-da başlayacaq.