Qurban Qurbanov: Futbolçuların ustalığı çatmadı
25.08.2012 - 09:17
Qurban Qurbanov: Futbolçuların ustalığı çatmadı
"Rəqibimiz bu gün çox yaxşı oynadı. Daha çox mərkəzdə mübarizə apardılar. Məşqçi işi hiss olunurdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

O, Premyer Liqanın IV turunun “Rəvan”la oyunu (0:0) haqda fikirlərini açıqlayıb: “Buna baxmayaraq, qol epizodlarımız oldu. Lakin son zərbəni endirməyə futbolçuların ustalığı çatmadı. "Rəvan" sübut etdi ki, "Xəzər Lənkəran"dan bir xalı təsadüfən qazanmayıb. İstədiyimiz oyunu göstərə bilmirik. Problemin səbəbini bilirəm və bunu aradan qaldırmağa çalışacağıq. Qarşılaşmanın sonlarında temp bir qədər aşağı düşdü. Xallarımıza birini də əlavə etdik. "Rəvan"a uğurlar arzulayıram".