Rəqibləri millimizi zirvəyə yaxınlaşdırdı
25.08.2012 - 10:09
Rəqibləri millimizi zirvəyə yaxınlaşdırdı
Litvanın Palanqa şəhərində keçirilən U-17-lər arasında beynəlxalq turnirdə II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının istirahət etdiyi turda yığmamızın rəqiblər üz-üzə gəlib. İlk matçda millimizdən 2 cavabsız qol buraxan Latviya futbolçuları Belarusdan üstün olublar – 1:0. Bununla da Təbriz Həsənovun yetirmələrinin qrup qalibi olmaq şansı artıb. İndi son turun Belarusla oyununda yığmamızı 1 top fərqilə məğlubiyyət də qane edir.

Qeyd edək ki, digər qrupda I yerin sahibi Litva olub.