“Partizan” rəsmisi: Qrupda ən zəif “Neftçi”dir
01.09.2012 - 13:00
Avropa Liqasının qrup mərhələsində “Neftçi” ilə mübarizə aparacaq “Partizan” klubunun idarə heyətinin üzvü Albert Nad püşkatmanı dəyərləndirib. Apasport.az saytının məlumatına görə, o, “ağ-qaralar”ı qrupun ən zəifi kimi göstərib: “Qrupdan çıxmaq şansımız var. Sözsüz ki, favorit “İnter”dir , amma onlar da pley-off mərhələsində problemlə üzləşdilər. “Rubin” həm Rusiya, həm də Avropa futbolunda özünəməxsus yer tutur və çox ciddi komandadır. Kağız üzərində qrupumuzun autsayderi Azərbaycan təmsilçisi “Neftçi”dir. Əgər “Trömse” ilə oyundakı kimi çıxış etsək, növbəti mərhələyə vəsiqə qazana bilərik”.
0
0