“Falkao barəsində danışmağa söz tapa bilmirəm”
01.09.2012 - 13:19
UEFA Superkubokunun qalibi olan Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone “Çelsi” üzərində qazanılmış qələbədən danışıb. Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis bildirib ki, komandası düzgün taktika sayəsində oyundan qalib ayrılıb: “Biz Avropa çempionlarına qarşı oynayırdıq. Bu komanda Çempionlar Liqasında “Barselona”nı mübarizədən kənarlaşdırıb, sonra isə finalda “Bavariya”ya qalib gəlib. Düzdü, “Çelsi”nin bir az bəxti gətirmədi, amma biz çox düzgün taktika seçmişdik və oyunun sonuna kimi bu taktikaya sadiq qalaraq hər şeyi düzgün etdik. Bu məni bir baş məşqçi kimi çox sevindirir. Futbolçularım mən onlardan gözlədiyim oyunu sərgilədilər”.
Argentinalı baş məşqçi oyunun qəhrəmanı Falkao barəsində də danışıb: “Falkao barəsində danışmağa söz tapa bilmirəm. Onun potensialı sonsuzdur. Mən Radameli gənc yaşlarından tanıyıram, hələ o vaxtdan o özünə qarşı çox tələbkar idi”.

0
0