Saşa Stamenkoviç: Qrupun autsayderi “Partizan”dır
01.09.2012 - 13:27
Saşa Stamenkoviç: Qrupun autsayderi “Partizan”dır
“Neftçi”nin serbiyalı qapıçısı Saşa Stamenkoviç Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib. Apasport.az saytının məlumatına görə, təcrübəli qapıçı əsas diqqəti “Partizan”a yönəldib.

Saşa vətənində “Srvena Zvezda”da oynayanda əzəli rəqibləri məhz bu klub olub. Özü də Belqrad derbisi həmişə gərgin atmosferdə keçib.

Stamenkoviçin sözlərinə görə “Partizan”la matç onun üçün prinsipial əhəmiyyət daşımayacaq: “Onlarla oyun mənim üçün adi bir matç olacaq. İstənilən komandaya necə hazırlaşıramsa, “Partizan”la da eyni. Fikrimcə, “Partizan” hazırda zəifdir və biz ondan daha yaxşı formadayıq. Bu il “Partizan”ın oyununa baxmamışam. Niyə də baxmalıyam ki? Mənim üçün Serbiyada yalnız bir klub var – “Srvena Zvezda”. İndi də, vətənimdən xeyli uzaqda olanda sabiq komandamın oyununu izləyirəm”.

“Partizan”ı Bakıda nə gözləyir” sualına isə qapıçı belə cavab verib: “Neftçi” 10 ildən çoxdur ev oyunlarında heç kimə uduzmur. Bura “Partizan”dan da böyük klublar gəliblər”.