“İnter”də yeni təyinat
02.09.2012 - 14:05
“İnter”də yeni təyinat
“İnter”də yeni təyinat baş tutub. Apasport.az-ön klubun rəsmi saytına istinadən məlumatına görə, bolqarıstanlı həkim İvaylo Yakimov əsas komandanın həkimi vəzifəsinə təyin olunub.

O, Bakı təmsilçisindən öncə “Spartak” (Varna, 1998-2003), MOİK (Sofiya, 2004-2007), “Kaunas” (2007), “Harts” (2009-2010) və “Liteks” (2010-2012) klublarında çalışıb. Yakimovun son iş yeri isə Varna şəhərinin Tibb-İdman Mərkəzi olub. “Bankilər”in yeni üzvü MOİK və “Liteks”lə Bolqarıstan çempionu olub.

Yakimov keçidinə münasibət bildirərkən, bunu yüksək qiymətləndirib: “İnter”də işləmək təklifi aldım və onu böyük məmnuniyyətlə qəbul etdim. Bu komanda haqqında kifayət qədər məlumatım var idi və bilirdim ki, “İnter” böyük ambisiyalar olan klubdur. Bir neçə gündür ki, komandaya qoşulmuşam və “İnter”də yaxşı və mehriban kollektiv var. Bu klubda iş planı həqiqətən də peşəkar səviyyədə qurulub”.