Yığmamız AZAL-a uduzdu
03.09.2012 - 09:02
Yığmamız AZAL-a uduzdu
Avropa çempionatının seçmə mərhələsində İngiltərə ilə oyuna hazırlıq məqsədi ilə təlim-məşq toplanışında olan Azərbaycan yığması (U-21) yoldaşlıq görüşü keçirib. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin “Dalğa Arena”da AZAL-la qarşılaşıb.

Millimiz ingilislərlə görüş öncəsi son sınaqda uduzub. Belə ki, AZAL-ın matçda vurduğu yeganə qol oyunun taleyini həll edib.

Qeyd edək ki, yığmamız İngiltərə ilə sentyabrın 6-da, saat 20:00-da, “Dalğa Arena”da qarşılaşacaq.

Mənbə: affa.az