“Neftçi”nin rəqibi evdə uduzdu
03.09.2012 - 09:28
Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsində rəqibi olan İtaliyanın “İnter” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi İtaliya çempionatı çərçivəsində “Roma”nı qəbul edib.
Matçın əvvəlində qol buraxan “neradzurra” Antonio Kassanonun qolu ilə fasiləyə bərabərliklə yollanmağı bacarsa da məğlubiyyətdən qaça bilməyib. Belə ki, fasilədən sonra 2 qol vuran paytaxt futbolçuları səfərdən 3 xalla ayrılıb.
Qeyd edək ki, 2 oyundan sonra hesabında 3 xal olan “İnter” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

0
0