“Partizan”dan əzmkar qələbə
03.09.2012 - 09:37
Avropa Liqasının qrupunda Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Serbiyanın “Partizan” klubu ölkə çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Belqrad təmsilçisi paytaxt derbisində OFK-nın qonağı olub. İlk yarıda qol buraxan “Partizan” fasilə ərəfəsində say üstünlüyü qazanıb. Qonaqlar bundan maksimum yararlanıb. İkinci hissədə Markoviç, Qasiç və Şepoviçin vurduğu qollar “Partizan”a əzmkar qələbə qazandırıb.
Qeyd edək ki, 4 turdan sonra hesabında 9 xal olan belqradlılar yalnız “Voyvodina”dan geri qalaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, 4 turdan sonra hesabında 9 xal olan belqradlılar yalnız “Voyvodina”dan geri qalaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
0
0