Cihan Özkara debüt etdi, Cavid Hüseynov cəzalandı
03.09.2012 - 10:12
Cihan Özkara debüt etdi, Cavid Hüseynov cəzalandı
Türkiyə çempionatının I dəstəsində II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının futbolçuları Cavid Hüseynovla Cihan Özkaranın şərəfini qoruduğu klublar növbəti matçlarına çıxıb.

“Çaykur Rizəspor”u qəbul edən “Adana Dəmirspor” hesabına 1 xal yazıb. 2:2 hesabı ilə başa çatan qarşılaşmada Cavid start heyətində meydana çıxıb. 90 dəqiqə meydanda olan futbolçunun oyunu Türkiyə mətbuatı tərəfindən 6 xalla qiymətləndirilib. Yarımmüdafiəçi 65-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Səfərdə “Bucaspor”u 1:0 hesabı ilə məğlub edən “Ərciyəsspor”un start heyətində yer alan Cihan isə yeni klubunda debüt edib. İlk yarıda meydanda olan futbolçunun oyunu 4 xalla qiymətləndirilib.

Rail Məlikovu transfer edən, lakin cəzalandığı üçün ona lisenziya ala bilməyən “Dənizlispor” isə bu gün meydana çıxacaq. Onlar turun son matçında “Qaziantep Böyükşəhər Bələdiyyəspor”un qonağı olacaq.

Qeyd edək ki, 2 turdan sonra 6 xala malik “Ərciyəsspor” 2-ci, 2 xalı olan “Adana Dəmirspor” 12-ci pillədə qərarlaşıb. 14-cü olan “Dənizlispor”un xalı olmasa da, ehtiyatda 1 matçı var.