Kriştianu Ronaldo: Bizi Azərbaycanla vacib oyun gözləyir - MÜSAHİBƏ
03.09.2012 - 10:51
DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibi olan Portuqaliya yığmasının və İspaniyanın “Real” klubunun əfsanəsi Kriştianu Ronaldo Madrid təmsilçisindən ayrılmaq arzusundadır. Apasport.az saytının məlumatına görə, ispan jurnalistlərə açıqlamasında Ronaldo Primeranın “Qranada” ilə oyunu, həmin matçda aldığı zədə və komandadan ayrılmaq istəyi haqda danışıb.
- “Qranada” ilə oyunda 2 qol vursanız da, qollarınızı qeyd etmədiniz?
- Məyus olduğum vaxtlar qol sevincini qeyd etmirəm. Həmin oyunda da sevinməməyimə bu amil səbəb oldu.
Bu səbəbi açıqlaya bilərsinizmi?
- Klubda çalışan insanlar bunu bilir.
- Klub prezidenti Florentino Peres və baş direktor Xose Anxel Sançeslə söhbətdə onlardan sizi buraxmağı xahiş etmisiniz. Həqiqətən klubdan ayrılmaq niyyətindəsiniz?
- Başqa heç nə demək istəmirəm.
- Məyus olmağınız İniyestanın Avropanın ən yaxşısı seçilməsi ilə bağlıdır?
- Heç də düşündüyünüz kimi deyil. Mən “Real”da xoşbəxt deyiləm. Amma indi bu haqda düşünmək istəmirəm. Bütün fikrimi Portuqaliya yığmasının seçmə mərhələdəki oyunlarına yönəltmişəm.
- 65-ci dəqiqədə meydanı tərk etdiniz. Zədəniz nə dərəcədə ciddidir?
- Əminəm ki, 2-3 gündən sonra qaydasında olacağam.
- Qarşıda DÇ-2014-ün seçmə oyunları var. Sentyabrın 7-də Lüksemburq, 11-də Azərbaycanla qarşılaşacaqsınız. Bu görüşlərdə meydana çıxa biləcəksiniz?
- Yəqin ki, yaxın günlərdə bərpa olunacağam. Bizi Lüksemburq və Azərbaycanla çox vacib oyunlar gözləyir. Mən də milli komandaya kömək etməyi çox istəyirəm.

0
0