Berti Foqts nəyi dəyişdi?
03.09.2012 - 11:07
Bu gün Azərbaycan millisinin heyəti açıqlandı. Almaniyalı baş məşqçi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsinin ilk 2 oyunu üçün heyəti 2-ci dəfə açıqlamağı lazım bildi.
Bir neçə gün əvvəl 30 nəfərlik heyəti təqdim edən almaniyalı bu dəfə “23-lüy”ü müəyyənləşdirib. Lakin o, daha 9 futbolçunu ehtiyatda saxlayıb.
Apasport.az saytı Foqtsun yığmada nəyi dəyişdiyini müəyyənləşdirib. Belə ki, əvvəlcədən 3 oyunçunu – Bədavi Hüseynov, Ruslan Qurbanov və Rizvan Umarovu U-21-ə göndərən mütəxəssis daha 4 yetirməsindən imtina edib. İlkin 30 nəfərlik siyahıdan Aqil Məmmədov, Vurğun Hüseynov, Nodar Məmmədov və Arif Daşdəmirov da çıxarılıb.
Əsas heyətdən kənar düşənlərin hamısının adı ehtiyat oyunçular kimi millidə saxlanılıb. Lakin onlara daha ikisi əlavə olunub. Bu da “Neftçi”nin Avropa Liqasındakı uğurlu çıxışı ilə əlaqədardır. Foqts özünü yaxşı tərəfdən göstərən Cavid İmamverdiyev və Elvin Yunuszadəni ehtiyat oyunçular sırasına daxil edib.

0
0