Ronaldo 150-yə çatdı
03.09.2012 - 11:57
Ronaldo 150-yə çatdı
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo yubiley qeyd edib. Apasport.az saytının məlumatına görə, hücumçu İspaniya çempionatının “Qranada” ilə qarşılaşmasında “Real”ın heyətində 150-ci qolunu vurub.
Sentyabrın 11-də Braqada millimizə qarşı oyuna çağırılan Ronaldo bu matçadək “Kral klubu”nda 148 top vurmuşdu. Dubla imza atan forvard 2-ci qolla 150-yə çatıb. O, klub tarixinin 10-cu bombardiridir.