“Bizim futbolçular kütbeyindilər”
03.09.2012 - 12:50
“Monpelye” klubunun prezidenti Lui Nikollen futbolçularını axmaq adlandırıb. Apasport.az saytının məlumatına görə, komandasının uğursuz startına şərh verən Lui bildirib ki, belə futbolçularla uğur qazanmaq olmaz: “Məyusam. Futbolçularımızın ¾-ü axmaqdır. Ona görə də bu mövsümdən yaxşı heç nə gözləmirəm. Amma “PSJ”nin oyununa baxandan sonra vəziyyətim düzəlir. Özümə təsəlli verirəm, ona görə ki, parislilərin oyunçuları bizimkilər kimi kütbeyindilər”.
0
0