“Qəbələ” 2 oyun keçirəcək
03.09.2012 - 13:52
Premyer Liqanın dördüncü turundan sonra 4 günlük istirahətə buraxılan “Qəbələ” avqustun 31-də doğma şəhərində bir araya gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gündəlik 2 məşqlə “Kəpəz” oyununun hazırlıqlarını tam heyətlə davam etdirmir. Belə ki, yığmalara dəvət alan Anar Nəzirov, Nodar Məmmədov, Aleksandr Çertoqanov, Vurğun Hüseynov, Urfan Abbasov, Deyan Kelhar və Omar Kalabane məşqlərə qatılmayıb.
Nəzirov, Məmmədov, Hüseynov və Çertoqanov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrail (7 sentyabr) və Portuqaliya (11 sentyabr) millilərinə qarşı oyunlara hazırlıq məqsədilə Azərbaycan yığmasının düşərgəsinə yollanıblar. Abbasov isə Azərbaycanın 21 yaşa qədər futbolçulardan ibarət komandasına dəvət alıb. Gənc müdafiəçinin yer aldığı millimiz 2013-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda İngiltərə ilə üz-üzə gələcək. Kelhar isə Sloveniyanın heyətində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsveçrə (7 sentyabr) və Norveçə (7 sentyabr) qarşı forma geyinmək şansı qazanıb. Kalabane kapitanı olduğu Qvineya yığması ilə Nigeriyaya (9 sentyabr) qarşı mübarizə aparacaq.
Zədəsi sağalmaqda olan Murad Musayev isə komandadan ayrı məşq edir.
Məşq prosesinin 2-ci günü futbolçular fiziki dözümlülük testindən keçiriliblər. Sentyabrın 15-də baş tutacaq “Kəpəz” matçına qədər “Qəbələ” 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Bu matçlarda “Qəbələ”nin əsas və əvəzedici heyətləri üz-üzə gələcək. Qarşılaşmalar sentyabrın 5-də və 8-də keçiriləcək.

0
0