“Azərbaycan və Rusiya ilə oyunlara əla heyət toplamışıq”
03.09.2012 - 14:54
“Azərbaycan və Rusiya ilə oyunlara əla heyət toplamışıq”
Eli Qutman: Futbolçularımızın fərdi ustalığı məni məmnun edir

“Azərbaycan və Rusiya ilə oyunlara əla heyət toplamışıq. Mən bunu əminliklə deyə bilərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrail milli komandasının baş məşqçisi Eli Qutman deyib.

Mütəxəssis DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycanla sentyabrın 7-də, Rusiya ilə 11-də keçiriləcək oyunlara çağırdığı heyəti dəyərləndirib: “Oyunçulara çox güvənirəm. Dəvət etdiyim futbolçulara inamım böyükdür. Onların hamısı yaxşı oyunçudur, intizamları və davranışları ilə seçilirlər. Futbolçularımızın fərdi ustalığı məni məmnun edir. Komanda oyunu isə millinin üslubuna xasdır”.