Yayın 10 ən səs-küylü transferi
03.09.2012 - 15:26
Bu yay “transfer pəncərəsi” həmişəki kimi səs küylü keçidlərlə bol oldu. Apasport.az saytının xəbərinə görə, bu dəfə keçən illərdən fərqlənən cəhətlər də az deyildi. Adətən transfer dövründə İspaniya, İngiltərə və İtaliya klublarının fəallığını görürdüksə, bu yay PSJ hamını üstələdi.
Paris klubunun sahibi, ərəb şeyxi Nasser Əl-Xəlaifi heyəti gücləndirmək üçün 140 milyon avrodan çox xərclədi. Zarafat deyil, 10 ən bahalı transferdən dördü bu klubun adı ilə bağlıdı.
Karlo Ançelottinin komandası demək olar İtaliya çempionatının rəmzi yığmasını Fransaya köçürdü. Bircə Patonun keçidi baş tutmadı ki, o da transfer olunsaydı, yəqin “Milan” azarkeşləri “San Siro”nu yandırardılar.
Daha bir maraqlı məqam keçən mövsüm transfer bombaları partladan “Mançester Siti”nin bazarda elə də ciddi bir transferlə yadda qalmamasıdı, amma əvəzində onların əbədi rəqibi “Mançester Yunayted” heyətini kifayət qədər gücləndirdi. A seriyasında isə yenə də ciddi heç nə baş vermədi.
Əgər belə davam edərsə, vaxtilə dünyanın ən güclü çempionatı adını La Liqa və Premyer Liqaya təhvil vermiş italiyalılar almanlara və fransızlara da aşağıdan yuxarı baxmalı olacaq.
Tyaqo Silva (“Milan”dan PSJ-yə - 42 milyon avro)
Son illərdə Braziliya futbolunun yetişdirdiyi ən güclü mərkəz müdafiəçisi olan Tyaqo Silva “Milan”da formasının zirvəsinə çatdı, amma PSJ etdiyi təklifə nə Berluskoni, nə də futbolçu yox deyə bildi.
Eden Azar (“Lill”dən “Çelsi”yə - 40 milyon avro)
Hər kəs onun Mançesterdə peyda olacağını gözlədiyi halda, Azar “Çelsi”ni seçdi. Buna səbəb London klubunun Çempionlar Liqasını qazanması oldu.
Lukas Moura (“San-Paulu”dan PSJ-yə - 40 milyon avro)
Braziliya futbolunun yeni nəslinin ən istedadlı nümayəndələrindən hesab olunan Mouranı PSJ hamını qabaqlayaraq ələ keçirdi. Düzdü, futbolçu yanvara kimi Braziliya çempionatında qalacaq. Buna səbəb parislilərin heyətində Avropa Şurasına daxil olmayan ölkələrin vətəndaşlarının limiti dolmasıdır.
Xavyer Martines (Bilbao “Atletik”indən “Bavariya”ya - 40 milyon avro)
Yay transfer dönəminin ən səs-küylü transferlərindən biri Martines “Bavariya”ya keçməsi oldu. Bir çoxları Münhen klubunun bu transferini anlaya bilmir. Bunun iki səbəbi var: birincisi, Xavyerin oynadığı mövqedə almaların heyətində kifayət qədər futbolçunun olması və Martinesə görə ödənilən məbləğin həddindən artıq çox olması. Qeyd edək ki, bu “Bavariya”nın tarixində ən bahalı transfer oldu.
Luka Modriç (“Totenhem”dən Madrid “Real”ına - 35 milyon avro)
Xorvatiyalı artıq neçə illərdi “Totenhem”i daha güclü kluba dəyişmək istəyirdi, lakin London klubu onu heç yana buraxmırdı. Amma bu yay “Real”ın və futbolçunun inadkarlığı ingilisləri yola gətirdi.
Oskar (“İnternasional”dan “Çelsi”yə - 32 milyon avro)
Braziliya futbolunun gənc nəslinin bu yay Avropaya köçmək qərarına gəlmiş daha bir superistedadı. “Çelsi” onu almaqla nəsil dəyişmə siyasətinə start verdiyinə işarə vurdu.
Robin Van Persi (“Arsenal”dan “Mançester Yunayted”ə - 30,7 milyon avro)
Bu yayın ən bahalı transferi olmasa da, Persinin “Mançester Yunayted”ə keçidi açıq səmada çaxan şimşək effekti verdi. Jurnalistlər onu daha çox “Mançester Siti”yə və “Real”a göndərsələr də, Van Persi Ferqyussonun rəhbərliyi altında oynamağı üstün tutdu. “Arsenal” isə öz növbəsində titulsuz qalmağın acısını çəkməkdə davam edir. Keçən yay bu səbəbdən komandanı Fabreqas tərk etmişdi bu mövsüm növbə hollanda çatdı.
Esekiel Lavessi (“Napoli”dən PSJ-yə - 26 milyon avro)
PSJ-nin İtaliya klublarından “oğurladığı” daha bir futbolçu. Top sehrbazı olan argentinalı Fransa klubunun oyununa rəng qatacağı dəqiqdir.
Zlatan İbrahimoviç (“Milan”dan PSJ-yə - 21 milyon avro)
Son 10 ildə oynadığı klubların hamısı ilə ölkə çempionu olan isveçlinin seriyası keçən mövsüm qırıldı. “Milan”la çempion olmağın çətin olacağını anlayan Zlatan, Fransaya uğurlu seriyasını bərpa etmək üçün gəldi.
Xavi Qarsiya (“Benfika”dan “Mançester Siti”yə - 20,2 milyon avro)
Keçən mövsüm səs-küylü transferləri ilə yadda qalan “şəhərlilər” bu yay yalnız “Real”ın yetirməsini əldə etməklə yadda qaldı.

0
0