Azərbaycanlı məşqçinin adı əbədiləşdirildi
03.09.2012 - 15:40
Ukraynanın Odessa şəhərində futbol tariximizin ən yaxşı məşqçisi Əhməd Ələsgərovun adı əbədiləşdirilib. Apasport.az saytının xəbərinə görə, Ələsgərov “Neftçi” və Azərbaycan yığması ilə yanaşı, yerli “Çernomorets” klubunun tarixində də silinməz iz qoyub. Həmyerlimiz “qaradənizçilərin” bütün dövrlər üçün ən yaxşı baş məşqçisi sayılır.
“Çernomorets” rəhbərliyi yeni stadionunda muzey açıb və arenaya girişdəki mərkəzi arkadakı yola klubun tarixində ən çox iz buraxmış şəxslərə həsr edilən 12 ulduzu həkk edib. Ukrayna Premyer Liqasının son turu çərçivəsində keçirilən “Çernomorets” – “Zarya” matçından (2:1) öncə, bununla bağlı təntənəli mərasim keçirilib və ulduz sertifikatı sahiblərinə, yaxınlarına verilib. Mərasimdə Odessa şəhərinin meri Aleksey Kostusev, klub rəsmiləri, məşhur futbol simaları və minlərlə azarkeş iştirak edib.
Ən yaxşılar komandanın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğu nəticəsində müəyyən edilib. Əsasən sabiq futbolçuların yer aldığı siyahıda Ələsgərov yalnız məşqçi qismində kluba xidmət edən yeganə şəxs olub. O, 1973-77-ci illərdə “qaradənizçiləri” çalışdırıb. Klubu dərhal elitaya çıxarıb. 1974-cü ildə isə “Çernomorets”ə SSRİ çempionatları tarixində ən böyük uğuru qazandırıb – bürünc medal. Komanda onun rəhbərliyi altında avrokuboklarda ilk qələbələrini qazanıb.
Buna görə, Ələsgərov əfsanələrin seçildiyi sorğuda 3-cü yeri tutub. Digər ulduzlara isə Viktor Prokopenko, Tamerlan Hüseynov, İqor Belanov, Vladimir Ploskin, Vasiliy Moskalenko, Konstantin Furs, Anatoliy Zubritskiy, Yuriy Zabolotnıy, Semyon Altman və Leonid Sevasteyev sahib çıxıb. 12-ci ulduz klubun sadiq azarkeşlərinə həsr edilib.
Qeyd edək ki, hazırda 76 yaşlı mütəxəssis Odessada yaşayır.
Azfutbol.com

0
0