Ukraynada yığmamızdakı milliləşmədən danışırlar
03.09.2012 - 16:47
Ukraynada yığmamızdakı milliləşmədən danışırlar
Ukraynanın Xerson vilayətinin Mini-Futbol Federasiyasının rəhbəri Aleksey Levçenko Azərbaycan yığmasının heyətindəki milliləşməyə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, futzal funksioneri Serjao, Biro Jade kimi braziliyalıları milliləşdirilən yığmamızdan fərqli, Ukrayna komandasında belə oyunçuların olmamasına aydınlıq gətirib.

Levçenkonun sözlərindən belə çıxır ki, ukraynalılar buna pul tapmır: “Azərbaycan yığmasının milliləşdirdiyi futzalçılardan Biro Jade və Serjao bizim Ukrayna klublarında da oynayıb. Orada neft və çoxlu pullar var. Mən yığma ilə orada olanda bir daha buna əmin oldum. Futzaldan dərhal sonra voleybol üzrə Çempionlar Liqasının qarşılaşması da keçirildi”.