Qol vurub, öldü
03.09.2012 - 17:34
Qol vurub, öldü
İsveç çempionatının II divizionunun faciə baş verib. Apasport.az saytının məlumatına görə, Şimal zonasında 17-ci turun “Piti” – “Umedalen” görüşü yarımçıq dayandırılıb.

Buna səbəb meydan sahiblərinin 29 yaşlı futbolçusu Viktor Brannştryomun hesabı açmasından sonra baş verənlər hadisədir. Belə ki, autsayderin qapısına yol tapan hücumçu qol sevinci yaşamaq əvəzinə yerə yıxılıb. Onu reanimasiya maşını ilə xəstəxanaya çatdırmaq mümkün olsa da, həkimlər Viktoru xilas edə bilməyiblər.