Yossi Benayun: Azərbaycanla oyunda yeganə məqsədimiz qələbədir
03.09.2012 - 18:16
Yossi Benayun: Azərbaycanla oyunda yeganə məqsədimiz qələbədir
“Məqsədim özümə klub tapmaq idi. Çünki “Çelsi”də qalmağın mənası yox idi və mən də bunun üçün münasib komanda axtarırdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrail millisinin futbolçusu Yossi Benayun deyib.

Bu yaxınlaradək müqavilə ilə “Çelsi”yə məxsus olan, sonda “Vest Hem”ə keçən yarımmüdafiəçi sentyabrın 7-də Bakıda Azərbaycan yığması ilə keçiriləcək yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “İndi şadam ki, “Vest Hem” kimi kluba keçmişəm. “Çelsi”nin heyətində oynamamışam. Lakin yaxşı məşq etmişəm. Düşünürəm ki, millinin düşərgəsinə kifayət qədər hazırlıqlı gəlmişəm. Azərbaycan və Rusiya ilə oyunlarda həmişə olduğu kimi, yenə bacardığımı edəcəyəm. Düzdür, komandada itkilər var. Amma hər bir itkinin faydası ola bilər. Bu, yeni istedadların özünü göstərməsi üçün müəyyən mənada yaxşıdır. Heyəti də baş məşqçi müəyyənləşdirəcək. Azərbaycanla oyunda yeganə məqsədimiz qələbədir”.