Federasiya prezidenti postundan kənarlaşdırıldı
03.09.2012 - 18:23
Litva Futbol Federasiyasının prezidenti Yuliyus Kvedaras postundan kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, bu qərarı Kaunas məhkəməsi çıxarıb. Bu ilin martında prezident seçilən Kvedaras pul yeyintisində ittiham olunur. Məhkəmənin qərarına əsasən UEFA-nın stadionların təmiri üçün ayırdığı pulu mənimsəməkdə şübhəli bilinən Kvedaras bu postda çalışa bilməz.
0
0