Millimiz Zambiyaya məğlub oldu
04.09.2012 - 08:35
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Sissi Raytın yetirmələri Zambiya yığması ilə qarşılaşıb. Bayıl stadionunda baş tutan qarşılaşmanın taleyini 1 qol həll edib. Afrikalı futbolçular ölkəmizdəki ilk oyununda qalib gəlib – 1:0.
0
0