“İnter”in məşqində 2 yeni futbolçu
04.09.2012 - 08:59
“İnter”in məşqində 2 yeni futbolçu
Tiflisdə təlim-məşq toplanışında olan “İnter” çempionat oyunlarına hazırlıqları davam etdirir. Apasport.az saytının məlumatına görə, komandanın sonuncu məşqində Azərbaycan yığmasının sərəncamında olan Vladimir Levin, Nizami Hacıyev, Arif Daşdəmirov və Azərbaycanın U-21 millisinin düşərgəsində olan Abdulla Abatsiyevdən başqa bütün futbolçular qatılıblar.

İstirahətdən yenicə dönən Brüs Abdullaye və Peter Zlatinov məşqlərə qatılanlar sırasındadır. Hər 2 futbolçu fərdi qayda üzrə çalışıb. Onlar əsasən qaçış və yüngül isinmə hərəkətləri ilə məşğul olublar

Qeyd edək ki, paytaxt təmsilçisi bu gün “Spartak” (Sxinvali) klubu ilə qarşılaşacaq.