Aleksandr Çivadze “Simurq”u izlədi
04.09.2012 - 09:18
Gürcüstanda təlim-məşq toplanışında olan "Simurq"un məşqini izləyənlər arasında tanınmış sima da iştirak edib. Apasport.az saytının məlumatına görə, hazırda Gürcüstan Futbol Federasiyasının vitse-prezidenti və 21 yaşlılardan ibarət yığma komandanın baş məşqçisi işləyən Aleksandr Çivadze komanda ilə yaxından tanış olub, “sarı-qaralar”ın məşq prosesinə izləyib. Baş məşqçi Georgi Çixradze ilə çox yaxşı münasibətləri olan gürcü futbolunun canlı əfsanəsinə "Simurq" haqqında dolğun məlumat verilib.
Qeyd edək ki, Çivadze 1980-cı ildə SSR-nin ən yaxşı futbolçusu seçilib. O, 1974-cü ildən 1987-ci ilə qədər Tiflisin "Dinamo" klubunda forma geyinib. Paytaxt təmsilçisinin heyətində çıxdığı 324 matçda 44 qola imza atan Çivadze komandası ilə 2 dəfə ittifaq kubokunun, 1978-ci ildə isə SSSR çempionu adına layiq görülüb. 1980-cı ildə Moskvada keçirilən olimpiadada isə yığma komandanın heyətində iştirak edib və bürünc medal qazanıb. Daha sonra məşqçilik karyerasına başlayan Çivadze 1993-1997 və 2001-2003-cü illərdə yığma komandanı çalışdırıb.

0
0