Azərbaycan – İngiltərə oyunu canlı yayımda
04.09.2012 - 09:54
Azərbaycan – İngiltərə oyunu canlı yayımda
21 yaşadək futbolçulardan ibarət Azərbaycan və İngiltərə milliləri arasında oyun canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da baş tutacaq oyun azarkeşlərə “İdman Azərbaycan” televiziya kanalında və www.affatv.az saytında nümayiş olunacaq. AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçiriləcək matç saat 20:00-da başlayacaq.

Mənbə: affa.az