Yığmamızın rəqibləri “Çelsi”dən qaçır
04.09.2012 - 10:20
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan daha bir futbolçu İngiltərənin “Çelsi”ni tərk edib. Apasport.az saytının məlumatına görə, digər “Dumanlı Albion” təmsilçisi “Vest Hem”ə keçən israilli Yossi Benayunun ardından Raul Meyreleş də London klubundan gedib.
Sentyabrın 11-də millimizə qarşı forma geyəcək yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirəcək. Meyreleş “Fənərbaxça”ya transfer olunub. İstanbullular “Çelsi”yə 29 yaşlı portuqaliyalı üçün 10 milyon avro ödəyib.
Qeyd edək ki, Raul Portuqaliya millisində 68 oyuna 8 qol vurub.

0
0