Rail Məlikovsuz qələbə
04.09.2012 - 10:28
Rail Məlikovsuz qələbə
Türkiyə çempionatının I dəstəsində II tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Rail Məlikovun şərəfini qoruduğu “Dənizlispor” “Qaziantep Böyükşəhər Bələdiyyəsispor”un qonağı olub.

Qonaqlar bu qarşılaşmada 1:0 hesabı ilə qalib gəliblər. Dənizli təmsilçisi Railə lisenziya ala bilmədiyi üçün futbolçumuz matçda iştirak edə bilməyib.

Qeyd edək ki, 2 turdan sonra hesabında 3 xal olan “Dənizlispor” 9-cu pillədə qərarlaşıb.