“Mançester Siti”nin futbolçusu Bakıya gələsi olmadı
04.09.2012 - 11:47
21 yaşadək futbolçulardan ibarət İngiltərə milli komandası ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Avro-2013-ün seçmə mərhələsində Azərbaycan yığması ilə qarşılaşacaq britaniyalılar son 2 oyun ərəfəsində 2 aparıcı yarımmüdafiəçisinin xidmətindən məhrum olub.
Belə ki, Henri Lansberi və Cek Roduell zədə üzündən Azərbaycan və Norveçlə oyunlarda forma geyməyəcək. Lakin baş məşqçi Stüart Pirs sentyabrın 6-da bakıda keçiriləcək qarşılaşmadan sonra vətənə dönəndə yetirmələrinin sağalacağına ümid edir. Qrup qalibi olmaq üçün önəmli olan sonuncu matç ərəfəsində ölkəmizə gətirilməyən yarımmüdafiəçilərin bərpası üçün vaxtın yetərincə olub-olmaması hələ dəqiq deyil.
Qeyd edək ki, Cek “Mançester Siti”, Henri isə “Nottingem Forest”də çıxış edir.

0
0