“Azərbaycanla oyuna hazırlaşmaq üçün vaxt çox azdır”
04.09.2012 - 13:27
“Azərbaycanla oyuna hazırlaşmaq üçün vaxt çox azdır”
“Azərbaycanla sentyabrın 7-də keçiriləcək oyuna hazırlaşmaq üçün vaxtımız çox azdır. Hətta deyərdim ki, bunun üçün vaxt yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrail milli komandasının futbolçusu Ben Saar deyib.

Almaniyanın “Herta” klubunda çıxış edən hücumçu DÇ-2014-ün seçmə mərhələsinin sentyabrın 7-də Bakıda Azərbaycan yığması ilə keçiriləcək oyunu ərəfəsində iddialı açıqlama verib. Saar mundiala vəsiqədən danışıb: “Biz Eli Qutman kimi mütəxəssislə çalışdığımız üçün xoşbəxtik. Düşünürəm ki, belə bir məşqçi qısa zamanda bizi Azərbaycanla oyuna kökləyə biləcək. DÇ-2014-ün final mərhələsində oynamaq arzusu ilə alışıb-yanırıq. İndiki zamanda biz buna nail olmaq iqtidarındayıq”.