Anar Salmanov İngiltərə yığmasının oyunlarında
04.09.2012 - 14:35
Azərbaycanlı hakimlər UEFA-dan növbəti təyinat alıb. Apasport.az saytının məlumatına görə, FIFA referisi Anar Salmanov və FIFA referi köməkçisi Mehman Mahmudov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin ədalət təmsilçiləri arasında olacaq. Onlar Estoniyada təşkil olunacaq 12-ci qrupun oyunlarına təyinat alıb. Oyunları sentyabrın 25-dən oktyabrın 2-dək keçiriləcək bu qrupda Estoniya, Ukrayna, İngiltərə və Farer adaları yığmaları mübarizə aparacaq.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0