Yığmamızın oyunu israilli hakimə tapşırıldı
04.09.2012 - 14:34
Yığmamızın oyunu israilli hakimə tapşırıldı
Kişi basketbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İsveç matçını idarə edəcək hakimlər briqadası məlum olub. Apasport.az saytının məlumatına görə, sentyabrın 5-də baş tutacaq qarşılaşmada əsas fit sahibi israilli Omer Esteron olacaq.

Ona köməkliyi Sergey Zaşçukla (Ukrayna) Kiprian Stoyka (Rumıniya) edəcəklər. Görüşün komissarı Mehmet Celal Arisan (Türkiyə) olacaq.

Qeyd edək ki, matç saat 20:00-da başlayacaq.