Nazim Süleymanov yığmadan ayrılıb, Rusiyaya gedir
04.09.2012 - 14:46
Nazim Süleymanov yığmadan ayrılıb, Rusiyaya gedir
Azərbaycan millisinin baş məşqçisinin köməkçisi Nazim Süleymanov Moskvaya yollanacaq. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssisin səfərində məqsəd DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimiz - Rusiya - Şimali İrlandiya oyununu canlı izləməkdir. Qarşılaşma sentyabrın 7-də, Moskva olacaq.

Xatırladaq ki, millimiz DÇ-2014-ün seçmə mərhələsinin F qrupunda Portuqaliya, Rusiya, Şimali İrlandiya, Lüksemburq və İsrail yığmaları ilə mübarizə aparacaq.

Mənbə: affa.az