İtaliya mətbuatı “Neftçi”yə şans vermədi
04.09.2012 - 15:47
Avropa Liqasında “İnter”lə eyni qrupa düşəndən sonra İtaliya mətbuatı “Neftçi”ni diqqət mərkəzində saxlayır. Apasport.az saytının məlumatına görə, milanlıların rəqiblərini dəyərləndirən yerli mətbuat “ağ-qaralar”ı qrupun autsayderi kimi təqdim ediblər. Onlar komandamızı 5 ballıq sistemlə 1 bala layiq görüblər.
İtaliya nəşrləri “Neftçi”nin “Xəzər - Lənkaran”la rəqabətindən, komandamızın hücum futbolu oynamasından və liderlərindən yazıblar.
LA SQUARDA: “İnter”ə Bakıya çatmaq üçün 4195 km yol qət etmək lazım olacaq. “Neftçi” bu ilki avrokuboklar mövsümündə Azərbaycan futbolunun tarixinə düşdü. APOEL-i udaraq Avroliqanın qrup mərhələsinə düşən Bakı klubu, bunu gerçəkləşdirən ilk Azərbaycan komandası oldu. “Neftçi” son iki Azərbaycan çempionluğunu öz əzəli rəqibi “Xəzər – Lənkaran”ı qabaqlayaraq qazanıb. Görəsən, bu klub qrup mərhələsində də sensasiyaya imza ata biləcəkmi?
LA STELLA: “İnter”in Avroliqadakı rəqibi “Neftçi” üçün qrup mərhələsi artıq böyük uğurdur. Belə klubların əsas üstünlüyü komanda ruhu və istəkdir. Azərbaycan klubunun liderləri Nikolya Kanales və yerli istedad Cavid İmamverdiyevdi.
I VOLTI NUOVI: “Neftçi”nin avrokuboklarda uğurunun sirri komandanın onurğa sütunun texnikalı futbolçulardan qurulmasıdı. Azərbaycan komandası müdafiədə oturmağı sevmir. Şükürov, Sadiqov, Ramos, Kanales, Bertuççi və sözsüz ki, Vobay bu komandanı irəliyə aparan qüvvədir.
L’ALLENATORE: “Neftçi” avrokubokların sensasiyalardan biri. Bu komandanın əsas silahı baş məşqçi Böyükağa Hacıyevdir. O, Azərbaycan klubunu qitə miqyaslı yarışların final mərhələsinə çıxaran ilk baş məşçidi. Hacıyevin komandası sürətli futbol oynamağı sevir. Bakılıların hücum xətti Vobay, Flavinyo, Kanales və İmamverdiyev kimi güclü futbolçulardan qurulub.

0
0