Portuqaliyalı məşqçi Azərbaycan – İsrail matçında
04.09.2012 - 16:04
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İsrail oyunu rəqib komandaların da diqqət mərkəzindədi. Apasport.az saytının məlumatına görə, sentyabrın 7-də baş tutacaq qarşılaşmada portuqaliyalı mütəxəssislər də olacaq. Portuqaliya Futbol Federasiyası tərəfindən Bakıya ezam olunmuş məşqçi Jose Karneiro Tofiq Bəhramov adına Respublika stadionundakı matçı izləyəcək.
Qeyd edək ki, millimizin İsrail yığmasına qarşı oyununu saat 21:00-da başlayacaq.
Qeyd edək ki, millimizin İsrail yığmasına qarşı oyununu saat 21:00-da başlayacaq.
0
0