Azərbaycanlı hakim İtaliyaya gedir
04.09.2012 - 15:55
FİFA referisi Fariz Yusifov və FİFA hakim köməkçisi Namiq Hüseynov yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, azərbaycanlı ədalət təmsilçiləri UEFA Regionlar kubokunun İtaliyada keçiriləcək 8-ci qrupunun oyunlarını idarə edəcəklər.
Qrupda İtaliya, Estoniya, Polşa və Finlandiya komandaları mübarizə aparacaq. Matçlar oktyabrın 4-dən 10-dək keçiriləcək.
Mənbə: affa.az
Qrupda İtaliya, Estoniya, Polşa və Finlandiya komandaları mübarizə aparacaq. Matçlar oktyabrın 4-dən 10-dək keçiriləcək.
Mənbə: affa.az
0
0