DÇ-2014-ün rəsmi topu və adı - FOTO
04.09.2012 - 16:13
DÇ-2014-ün rəsmi topu və adı - FOTO
2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının (DÇ) rəsmi topunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, topun adı FİFA, yerli təşkilat komitəsi və Adidas tərəfindən keçirilən internet-səsvermə nəticələri əsasında qoyulub.

Səsvermədə iştirak edən 1 milyon insan 77,8 % Brazuca adını seçiblər. Bossa Nova – 14,6 % Carnival isə 7,6 % səs toplayıb.

Brazuca milli qürur, emosionallıq və xoş əhval – ruhiyə mənasını verir. Bu 3 xüsusiyyət Braziliya xalqının əsas mədəni simvollarını təşkil edir.